Federasiya prezidenti: Azərbaycanda basketbol inkişaf edir


Çox maraqlı və həyəcanlı görüş oldu. Bu cür vacib oyunda qalib gəldiyimiz üçün çox xoşbəxtik".
Bu sözləri Azərbaycan Basketbol Federasiyanın prezidenti (ABF) Emin Əmrullayev basketbol yığmamızın dünya çempionatının seçmə mərhələsinin ikinci oyununda doğma meydanda Kosovoya 87:77 hesabı ilə qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu cür nəticənin olması Azərbaycan basketbolunun inkişafı üçün müsbət məqamdır. “Bizim üçün tarixi qələbə oldu. Bu gün arenadakı atmosfer möhtəşəm idi. İnanıram ki, gələcək oyunlarda da bu cür qələbələr qazanacağıq”, - deyən federasiya prezidenti hədəfin hər zaman qələbə qazanmaq və növbəti mərhələyə yüksəlmək olduğunu söyləyib.
“Bu cür oyunlar bizim üçün yenidir. Artıq kiçik ölkələrin mübarizə apardığı divizionda oynamırıq. Azərbaycanda basketbol inkişaf edir”, - deyən E. Əmrullayav bölgələrdə basketbol klublarının sayının daha çox olması üçün çalışdıqlarını deyib. “Biz istəyirik ki, salon və komanda sayı çox olsun. Əgər klub olarsa, uşaq basketbolu da inkişaf edəcək”, - deyə o qeyd edib.
Azərbaycan Basketbol Liqasının növbəti mövsümündən komandaların sayının artırılması barədə danışan federasiya prezidenti liqada daha çox komandanın iştirak etməsini istədiklərini, əsas məqsədin uşaq basketbolunun inkişafı olduğunu vurğulayıb.