Burkina-Fasoda kilsədə terror aktı törədilib, 15 nəfər həlak olub
Burkina-Fasonun şimalındakı Essakane kəndində katolik kilsəsində törədilən terror aktı nəticəsində azı 15 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “France-Presse” agentliyi yeparxiyanın rəhbəri Jan-Pyer Savadoqoya istinadla məlumat yayıb.
Məlumata görə, yaraqlıların hücumu nəticəsində daha iki nəfər yaralanıb.
Essakane kəndi Burkina-Faso, Mali və Niger arasında sərhəddə yerləşir.
Qeyd edək ki, 2015-ci ildən bəri Burkina-Fasoda terror hücumları nəticəsində 20 minə yaxın insan həyatını itirib.