Azərbaycan cüdo millisinin “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb


Cüdo üzrə Azərbaycan millisinin Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyəti açıqlanıb.
Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yığma yarışda 12 idmançı ilə təmsil olunacaq. Onlardan 7-si kişi, 5-i qadın cüdoçudur.
Kişilər arasında Nazir Talıbov, Rövşən Əliyev (hər ikisi 60 kiloqram), İslam Rəhimov, Rəşad Yelkiyev (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (73 kiloqram) və Ömər Rəcəbli (81 kiloqram) medal qazanmağa çalışacaqlar.
Qadınların mübarizəsində isə Könül Əliyev (48 kiloqram), Aydan Vəliyeva (52 kiloqram), Gültac Məmmədəliyeva (52 kiloqram), Fidan Əlizadə (57 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) tatamiyə çıxacaqlar.
Qeyd edək ki, martın 1-də start götürəcək “Böyük Dəbilqə”də 69 ölkənin cüdoçusu yarışacaq. Turnirə martın 3-də yekun vurulacaq.