Goranboyda fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb


Goranboy rayon ərazisindəki fərdi yaşayış evinə qeyri-qanuni yolla daxil olaraq oradan ümumi dəyəri 8 min manat olan müxtəlif cehizlik əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini Səlim Mehracov rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirilib ki, dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən S.Mehracov oğurladığı əşyaların bir qismini satdığını bildirib. Şübhəli şəxs maddi sübutlarla birlikdə saxlanılaraq istintaq təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.