Daha bir ölkə "Bayraktar" aldı



Bayraktar" pilotsuz uçuş aparatları (PUA) Albaniyaya gətirilib.


Modern.az xəbər verir ki, bu barədə Albaniyanın müdafiə naziri Niko Peleşi sosial şəbəkə hesabında yazıb.

“Effektivliyi və qabaqcıl texnologiyası ilə tanınan “Bayraktar” dronları artıq Albaniyadadır! Artıq iki gündür ki, onların yığılması başlayıb və paralel olaraq istismarı və nəzarəti üçün dəstəkləyici infrastrukturun quraşdırılması da davam edir”, - deyə Peleşi əlavə edib.