Sankt-Peterburqda yaşayış binasına PUA hücumu olub


Rusiyanın Sankt-Peterburq şəhərində yaşayış binasına PUA hücumu olub.
AZƏRTAC xəbər verir ki, PUA Sankt-Peterburqdakı Piskaryovsk küçəsində yerləşən beşmərtəbəli yaşayış binasına çırpılıb. İnsident nəticəsində binanın balkonlarına zərər dəyib, sakinlər təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Yerli medianın məlumatına görə, Ukraynadan buraxılan PUA-nın hədəfi yaşayış binasının yaxınlığında yerləşən Ruçyi neft bazası olub.