Azərbaycana idxal edilən bu mallar gömrük rüsumundan azad edilib

Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər, elektrotexniki poladdan hazırlanmış prokatlar və qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələri (şixta külçələri) idxal gömrük rüsumundan azad edilib.

AzBaku.info APA-ya istinadən məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Hazırda qüvvədə olan “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”nə əsasən hazırda külçə, silindrik tökmə və ya digər ilkin formalarda poladlıq və güzgü çuqun, ferroərintilər və elektrotexniki poladdan hazırlanmış prokatlara 0,50 faiz, qara metalların tullantıları və qırıntıları, təkrar əritmə üçün qara metalların külçələrinə (şixta külçələri) 5 faiz idzal gömrük rüsumu tətbiq olunur. Dəmir filizinin birbaşa reduksiya məhsulları və parça, okatış və ya analoji formalarda olan digər məsaməli dəmir, tərkibində əsas elementin miqdarı minimum 99,94 faiz olan parça, okatış və ya analoji formalarda dəmir qrupundan dəmir filizinin birbaşa reduksiya məhsulları da 5 faiz idxal gömrük rüsumundan azad edilib. Bu qrupdan digər mallar üçün 5 faiz idxal gömrük rüsumu isə qüvvədə qalıb. Poladlıq və güzgü çuqundan, qara metallardan qranullar və tozlar, külçələr və ya digər ilkin formalarda dəmir və aşqarlanmamış polad, eni 600 mm və ya daha çox olan, soyuq vəziyyətdə yayılmış (soyuq vəziyyətdə sıxılmış), üzərinə metal çəkilməmiş, qalvanik və ya başqa örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokat, eni 600 mm və ya daha çox olan, üzərinə metal çəkilmiş, qalvanik və ya digər örtüklü, dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokata tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə saxlanılıb. Eyni zamanda korroziyaya davamlı polad və aşqarlanmış poladların digər növləri -qazma işləri üçün aşqarlanmış və aşqarlanmamış poladlardan içiboş çubuqlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu dəyişməyib.

Dəmirdən və ya aşqarlanmamış poladdan yarımfabrikatlar qrupundan eni ikiqat qalınlığından az olan düzbucaqlı (kvadrat da daxil olmaqla) en kəsikli 0,25 kütlə % və ya daha çox, lakin 0,6 %-dən az karbon olan yarımfabrikatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn ildən 3 dəfə qaldırılır. Bu qrupdan digər yarmıfabrikatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu gələn il də qüvvədə olacaq. Eni 600 mm və ya daha çox olan, isti yayılmış, üzərinə metal çəkilməmiş, qalvanik və ya digər örtüyü olmayan dəmirdən və ya aşqarlanmamış poladdan yastı prokata tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qalınlığı 3 mm-dən az olan məlumatlar istisna ilə, 2017-ci ildə tətbiq edilməyə davam ediləcək. Bu qrupda rulonlarda, isti yaymadan başqa sonrakı emala məruz qalmamış, aşındırılmış, digər məmulatlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu ləğv olunub. Ancaq dörd tərəfi və ya düzbucaqlı bağlı kalibrdə yayılmış, eni 1250 mm-dən çox olmayan və qalınlığı 3 mm-dən az olan məlumatlar üçün 5 faiz idxal gömrük rüsumu dəyişməyib.

Döyülmədən, isti yayılmadan, isti çəkilmədən və ya isti ekstruziyadan başqa sonrakı emala məruz qalmamış, yaymadan sonra burulmuşdaxil olmaqla dəmirdən və ya aşqarlanmamış poladdan digər çubuqlara tətbiq edilən idxal gömrük rüsumuna gəlincə, bu qrupdan döyülmüş, yayma prosesində alınan oyuqları, çıxıntıları, şırımları və ya digər deformasiyaları olan və ya yaymadan sonra burulmuş çubuqlara tətbiq edilən 5 faiz idxal gömrük rüsumu qüvvədə qalıb. Tərkibində karbonun miqdarı 0,25 %-dən az olan, dairəvi en kəsikli, diametri 80 mm, 80 mm-dən az və çox olan betonun armaturlaşdırılması üçün istifadə olunan çubuqlara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da dəyişməyib. Tərkibində karbonun miqdarı 0,25 %-dən az olan dairəvi en kəsikli, diametri 80 mm, o cümlədən 80 mm-dən az və çox olan çubuqlara və tərkibində 0,25 % və ya daha çox karbon olan dairəvi en kəsikli, diametri 80 mm, o cümədən 80 mm-dən az və çox olan çubuqlara tətbiq edilən 10 faiz idxal gömrük rüsumu gələn ildən 15 faiz olacaq.