Braziliyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər ölüb


Braziliyanın şimal-şərqindəki Bahia ştatında kiçik təyyarə cəngəllik ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan üç nəfər həlak olub.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə Bahia adasının daxili hissəsindəki Barreyras şəhəri yaxınlığında baş verib.
Qəzanın səbəbi məlum deyil. Hadisə ilə bağlı təhqiqat aparılır.