Cənubi-Çin dənizində Filippin və Çin gəmiləri toqquşub
Cənubi-Çin dənizində Filippin və ÇXR Sahil Mühafizə Xidmətlərinin gəmiləri toqquşub, 4 nəfər yaralanıb.
“The Manila Times” qəzetinə istinadla xəbər veririk ki, hadisəyə Çin gəmisinin təhlükəli manevrinin qarşısının alınması səbəb olub. Nəticədə Filippin gəmisi yüngül zədələnib.
Cənubi-Çin dənizinin mübahisəli sularında oxşar hadisələr əvvəllər də baş verib. 2023-cü ilin dekabrında Çinə məxsus sahil mühafizə gəmisi Ayungin və Skarboro rifi ərazisində Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə edib.
Qeyd edək ki, Filippin 1999-cu ildə II Dünya müharibəsi dövründən qalan ABŞ-ın “Sierra Madre” amfibiya hücum gəmisini mübahisəli qayalıq ərazidə yerləşdirərək orada daimi olaraq kiçik hərbi kontingent saxlayan Çinin fəaliyyətlərini izləyir. Pekin dəfələrlə bu obyektin götürülməsini tələb edib.
2016-cı ilin yayında Haaqa Beynəlxalq Tribunalı Pekinin Cənubi-Çin dənizindəki mübahisəli ərazilərə “tarixi haqqının” olmadığını əsas gətirərək Filippinin xeyrinə qərar çıxarıb. ÇXR isə bu qərarı heç vaxt qəbul etməyəcəyini və həmin ərazi üzərində suverenliyini müdafiə edəcəyini bildirib.