
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Yüksək Liqanın XVI turu çərçivəsində Bakıda iki, Gəncədə bir qarşılaşma baş tutub.
Tura “Gəncə” - “Milli Aviasiya Akademiyası” matçı ilə start verilib. Bu oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Növbəti görüş GİN-in Voleybol Mərkəzində “Abşeron” və “Murov Az Terminal” kollektivləri arasında olub. İlk setdən təşəbbüsə yiyələnən “Murov Az Terminal” derbidə 3:0 hesabı ilə qələbə qazanıb.
UNEC-in idman zalında baş tutan günün son oyununda UNEC və “Azərreyl" klubları üz-üzə gəliblər. Bu qarşılaşmada “Azərreyl" rəqibi üstələyib - 3:0.


