Şagirdləri daşıyan avtobus aşdı - 20 nəfər yaralandı


Türkiyədə şagird daşıyan avtobus aşıb, 20 nəfər yaralanıb.
 
Modern.az xəbər verir ki, bu barədə yerli NTV Haber məlumat yayıb.
 
Qeyd olunub ki, qəza Türkiyənin Samsun şəhərində baş verib. Vezirköprü rayonunda şagird daşıyan avtobusun aşması nəticəsində sürücü və 19 şagird xəsarət alıb.
 
Hadisə yerinə təcili yardım və polis əməkdaşları cəlb olunub. Xəsarət alanlar Vezirköprü Xəstəxanasına yerləşdiriliblər.