Avstraliyanın sabiq müdafiə nazirinin oğlu paraşütlə tullanarkən həlak olub


Avstraliyalı hərbçi Sidneydəki hərbi bazada paraşütlə tullanan zaman aldığı xəsarətlər nəticəsində ölüb.
Avstraliya Müdafiə Nazirliyinin məlumatına görə, hadisə Sidneydən 50 kilometr şimal-qərbdə, Riçmond şəhəri yaxınlığındakı hərbi bazada baş verib. Hərbçi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Həlak olan hərbi qulluqçunun ölkənin sabiq müdafiə naziri Coel Fitsqibbonun oğlu Lens Cek Fitsqibbon olduğu bildirilir.
Nazirliyin Xüsusi Əməliyyatlar Komandanlığı hadisədən sonra hərbi bazada təlimlərin dayandırıldığını bildirib. İnsidentlə bağlı təhqiqat başlayıb.