Gürcü politoloq: Ermənistanın başqa ölkələrlə hərbi birlik yaratmaq ideyası region üçün yaxşı əlamət deyil


Son günlər Ermənistanın Fransa, Yunanıstan və başqa ölkələrlə hərbi blok yaratmaq istəyi doğru addım deyil. Ermənistanın müxtəlif ölkələrlə hərbi birlik yaratmaq ideyası nə onun özü, nə də regionumuz üçün yaxşı əlamət deyil.
Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq Tengiz Txilava söyləyib.
Onun sözlərinə görə, bu cür hərbi blokların yaradılması Ermənistan təhlükəsizliyinə xidmət etmir. Əgər Ermənistan təhlükəsizliyinə xaricdən dəstək almaq istəyirsə NATO-ya üzv olmalıdır. Ona görə ki, NATO-nun prinsipləri başqadır. NATO təhlükəsizliyi qoruyacaq və eyni zamanda, Ermənistana qonşu ölkələrə qarşı hərbi təcavüz və işğalçılıq siyasəti yürütməyə imkan verməyəcək.