Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Səbail”ə qalib gələrək ikinci pilləyə yüksəlib


Bu gün Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da keçirilən matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda yeganə qolu 10-cu dəqiqədə Kazimir Ninqa vurub.
Bu nəticədən sonra xallarını 39-a çatdıran "Sumqayıt" ikinci pilləyə yüksəlib. "Səbail" isə 37 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, turun növbəti oyunları martın 9-10-da baş tutacaq.