Milli Teatr Günü ilə əlaqədar virtual və ənənəvi sərgi təqdim edilib


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə hər il martın 10-u ölkəmizdə Milli Teatr Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycan Milli Kitabxanasının əməkdaşları “10 Mart – Milli Teatr Günü” adlı virtual və eyniadlı ənənəvi sərgini istifadəçilərə təqdim edilib.
Sərgidə fotolar, mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur. Virtual sərgi ilə http://anl.az/el/vsb/10_Mart_Milli_Teatr_Gunu/index.htm linkindən tanış olmaq olar.
Ənənəvi sərgi 1 həftə davam edəcək.