Zərdabda Qarasu çayının sahilindən silah-sursat aşkarlanıb


Zərdab Rayon Polis Şöbəsinə Qarasu çayının sahilində silah-sursat tapılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə baxış keçirilib. Ərazidən 1 tapança, 34 patron və patron darağı aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır.