Goranboyda dəm qazından zəhərlənmə olub.
AzBaku.info xəbər verir ki, bu barədə APA qərb bürosuna istinadən xəbər yayıb. Qeyd edilir ki, rayonun Xanqərvənd kənd sakini 1983-cü il təvəllüdlü Əhmədova Səfa dəm qazı zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
Vəziyyətinin kafi olduğu bildirilir.