XİN nazirlərin Bakı görüşü ilə bağlı məlumat yaydı


15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.
  
Qeyd edilib ki, üçtərəfli görüş çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.