Mirzoyanın müavini Londonun “Ermənistana Rusiyadan gələn təhdidlər” açıqlamasından DANIŞDI
Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndəsinin “Ermənistana Rusiyadan gələn təhdidlər” ifadəsini şərh etməyib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, brifinq zamanı Paruyr Hovhannisyan jurnalistləri Britaniya rəsmilərinin bu barədə danışarkən nə demək istədiklərini özlərindən soruşmağa çağırıb.
Lakin eyni zamanda o, İrəvanla London arasında keçən il başlayan strateji dialoqun formatını xatırladıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Britaniya müdafiə nazirinin müavini Ceyms Hippi bildirib ki, London “Rusiyadan gələn təhlükələr” qarşısında Ermənistanı dəstəkləməyə hazırdır. Onun sözlərinə görə, bütün məsələ Paşinyanın KTMT-də iştirakını dondurmaq istəyi ilə bağlıdır. London İrəvanın bu qərarını “Ermənistanın suveren hüququnun həyata keçirilməsi” kimi qiymətləndirib.