Ukrayna üçün yeni hərbi YARDIM


Amerika Birləşmiş Ştatları Ukraynaya 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi hazırlayır. Bu, 2024-cü ildə ilk yardım bilər.
 
Modern.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
 
Qeyd olunur ki, bu, ABŞ-ın bir neçə ayda ilk belə addımıdır, çünki Konqresdə Respublikaçı liderlər tərəfindən Ukrayna üçün əlavə vəsaitlərin bloklanması davam edir.
 
Adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, hərbi yardımla bağlı elanın çərşənbə axşamı veriləcəyi gözlənilir.
 
Ukraynaya yeni hərbi yardım paketi 400 milyon dollar dəyərində ola bilər.