Trans Broker” MMC-nin rəhbəri Ə.Məlikov bir neçə dəfə Azərbaycanda saxlanılsada buraxılıb. Çovdarola dövlət çevrilişi etməyə təşəbbüs, çapıb-talam və digər cinayət əməlləri törətməkdə təqsirli bilinən Ə.Məlikov xüsusi xidmət orqanlarının təqiblərindən bezərək, Moskvada erməni səfirliyinə sığınıb. Paytaxt.org bildirir ki, , 2015-ci ildən qaçaq həyatı sürən Broker Əbülfəz bir neçə il ərzində Azərbaycandan 2,5 milyon dollar puluda çıxara bilib. Narkotka, silah, və digər qara işlər tüccarı Ə.Məlikov canının qorunması əvəzində düşmən ölkəyə Çin istesalı olan modern silahlar gətirə biləcəyini də deyib. Buda Çovdarovun maşasına çevrilən bu ermənipərəstin növbəti xəyanəti…
Onuda bildirək ki, “Trans Broker” MMC-nin rəhbəri Ə.Məlikov illər öncə Çövdarovun qəzəbinə tuş gəlir. Beləki, Çovdarov 2013-cü ilin sentyabrında MTN-in İstintaq İdarəsinə qaçaqmalçılıq faktına görə ona cinayət işinin açılmasına göstəriş verib. Ardınca 100-lərlə sahibkar MTN-in İstintaq İdarəsinə çağrılıb və onlardan Ə,Məlikovun əleyhinə ifadələr alınıb. Nəhayət, Ə.Məlikovun özünü də “sağ əli” sayılan qurumun Şamil adlı əməkdaşı ilə birlikdə MTN-ə saxlanılaraq döyülüb, dindrilib. Sonda Ə.Məlikov tam şəkildə sındırılaraq birbaşa Çovdarovun əlini öpərək biət edib. Bu əməliyyatdan sonra Çovdarov-Məlikovun sıx əməkdaşlığı 2015-ci ilin okyabrındakı məlum hadisələrə qədər davam edib. Ölkəyə və prezidentə xəyanət edən Çovdarov həbs edilsədə, nədənsə ikinci xəyanətkar Ə. Məlikov türməyə girməmək üçün dərhal Bakını tərk edərək o vaxtdan Moskvaya qaçıb. Və Azərbaycanda da pul gücünə söz sahibi olmağa çalışır… paytaxt.org
Qeyd üçün erməni yeznəsi Broker Əbülfəzlə bağlı Realliq.info-nun apardığı araşdırmanı təqdim edirik:
“… Sovetlər dönəmində Nəsimi rayonu ərazisində yerləşən “Pioner” kinoteatrının yanında qastronom mağazası fəaliyyət göstəririb. Həmin qastronomun müdiri əslən Gəncədən olan İsmayıl adlı şəxs olub. İsmayıl kişinin qastronomunda erməni millətindən olan Raisa Ovanesyan adlı bir qadın satıcı olub. Raisa təcrübəli satıcı olduğu üçün o qastronomda İsmayılın sağ əli sayılırdı. Raisanın yanında isə köməkçi kimi öz ticarət fəaliyyətinə başlayan və əslən Şamaxıdan olan Əbülfəz adlı cavan bir oğlan var idi. Bu cavan şamaxılı balası Raisa Ovanesyan və onun gənc qızı Rena ilə dostluq edirdi. Bu dostluq sonra qohumluğa və böyük bir işbirliyinə çevrildi. Hətta Rena Ovanesyan dönüb Rena Məlikova oldu. Düzdür, apardığımız araşdırmaların nəticəsinə görə “qəhrəman”ımız hazırda kağız üstündə subaydır, ancaq… Apardığımız araşdırma nəticəsində o da məlum oldu ki, Raisa Ovanesyan və Rena Məlikova hazırda Bakı şəhərində yaşayır.
Sayt daha sonra yazır: Bu yaxınlarda bir həmyerlimiz Moskvadan Minvoda təyyarə ilə dincəlməyə uçarkən təyyarədə bir Moskva ermənisi olan Ara Abramyanla tanış olur. Söhbət Azərbaycandan düşəndə Ara deyir ki, , mənim bacım Raisa Ovanesyan, onun qızı Rena da Bakıda yaşayırlar, kürəkənim də azərbaycanlıdır. Ara öz kürəkənindən xeyli razılıq edib və deyib ki, yeznəm Bakıda nazirdir. Xeyli təəccüblənən həmyerlimiz soruşub ki, yeznəniz hansı sahəyə rəhbərlik edir? Ara Abramyan cavab verib ki, “monopoliya naziri”dir.
Sonra Ara danışıb ki, “Moskvada bütün ərzaq məhsulları istehsalı ilə məşğul olan müəssisələr bizim əlimizdə cəmləşib”. Onun sözlərinə görə, “Monopoliya naziri” olan “yeznə” Moskvaya gələn kimi Azərbaycan üçün ərzaq məhsullarını sifariş edir. “Biz də ona bu işlərdə öz köməkliymizi əsirgəmirik, axı o bizim yeznəmizdir”, – deyə Ara Abramyan bildirib.
A.Abramyanın kim olması da oxucularda sual doğura bilər. Belə ki, Ara Arşaviroviç Abramyan da Moskvada “ermənilərin naziri” hesab olunur. Belə ki, erməni diasporunun lideri olan bu şəxsin müxtəlif biznes sahələrinə nəzarət etdiyi və hətta Azərbaycana qədər də əlinin uzandığı barədə iddialar var. Maraqlıdır, Abramyanın “əlini” Azərbaycana buraxan, onun pul kisəsini doldurmağa yardımçı olanlar kimdir?
Dövlətin milyonlarını, daha doğrusu milyardlarını ermənilərə daşıyan Əbülfəz Məlikovun gizli fiqurları siyahısında Anar Allahverdiyivin adına da az rast gəlinmir…”
Mövzu davam edəcək, bizi izləyin…!