Bakıda körpə qız yük avtomobilinin altında qalaraq ölüb

Uşaq anasının əlindən çıxaraq yolun hərəkət hissəsinə qaçıb
Bakının Sabunçu rayonunda körpə uşaq faciəvi şəkildə ölüb. AzBaku.info "Report"a istinadən xəbər verir ki hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib. Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib. Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.