Cəlilabadda ağır qəza - Ölən və yaralılar var


Ələt-Astara avtomobil yolunda ağır yol qəzası baş verib.
 
Modern az "Report"a istinadən xəbər verir ki, qəza yolun 123-cü km-də Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, daha biri isə xəsarət alıb.
 
Hazırda onların şəxsiyyəti və hadisənin təfərrüatları dəqiqləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.