Britaniya “DragonFire” lazer silahını Ukraynada yerləşdirməyi planlaşdırmır


Böyük Britaniya tədqiqat və inkişaf mərhələsində olan “DragonFire” lazer silahı sistemini Ukraynada yerləşdirməyi planlaşdırmır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Newsweek” jurnalı həmin silahın Ukraynada döyüş şəraitində sınaqdan keçirilməsinə hazırlıq görüldüyünə dair söz-söhbətlər fonunda Böyük Britaniya ordusuna istinadla məlumat yayıb.
Bir müddət öncə Britaniya Müdafiə Nazirliyi “DragonFire” silahının yanvar ayında həyata keçirilən uğurlu sınaqlarının görüntülərini nümayiş etdirib. Silahın bir atışının cəmi 10 funt-sterlinqə (12,7 dollar) başa gəldiyi bildirilir.
Nazirliyin sosial media hesabında paylaşılan məlumatda gələcəkdə Birləşmiş Krallığın Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin əsasının “DragonFire” silahlarından təşkil ediləcəyi qeyd olunub.