Son iki ayda hər bir sakin orta hesabla 183,2 manatlıq ödənişli xidmətlərdən yararlanıb


Yanvar-fevral aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3 faiz artaraq 1865,2 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 1410,4 milyon manatlıq xidmət göstərilib. Bu, xidmətlərin ümumi dəyərinin 75,6 faizini təşkil edir.
2024-cü ilin yanvar-fevral aylarında hər bir ölkə sakini orta hesabla 183,2 manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 12,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.