Ceyhun Bayramov gürcüstanlı həmkarı ilə ikitərəfli əlaqələri müzakirə edib

Martın 15-də Azərbaycanım xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündə iştirak məqsədilə ölkəmizdə səfərdə olan Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında mövcud ikitərəfli, habelə çoxtərəfli əməkdaşlıq gündəliyindən irəli gələn məsələlər, həmçinin postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.
Tərəflər ölkələrimiz arasında dostluq və mehriban qonşuluq münasibətlərinin daha da inkişaf etdirilməsinin regional əməkdaşlığa öz töhfəsini verəcəyini əminliklə vurğulayaraq, bu istiqamətdə yüksək səviyyəli təmasların və siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyətini diqqətə çatdırıblar.