Sərxan Hacıyev: Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək
"Sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək".
AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə açıqlamasında deyib. O, növbəti il I Liqada yalnız çempion olan komandanın Premyer Liqaya yüksələcəyini söyləyib: "Bu prosesdə idman prinsipləri mütləq şəkildə qorunacaq. Hazırda isə Premyer Liqada klub sayının artırılması ilə bağlı məsələ gündəmdə deyil".