Pensilvaniyada insanları öldürən şəxs evdə barrikada qurub - YENİLƏNİB



Pensilvaniya ştatında atışmada şübhəli bilinən şəxs bir neçə nəfəri girov götürərək Nyu Cersi ştatının Trenton şəhərindəki evdə barrikada qurub.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı Andre Qordon Pensilvaniya ştatında avtomobil oğurlayaraq ərazini tərk edib. Trentondakı evlərdən birində saxlanılan girovların sayı məlum deyil.

Qordonun avtomatla silahlandığı ehtimal edilir, lakin onun başqa silahlarının da olması istisna olunmur. Əməliyyatı Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları həyata keçirir.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, atışma zamanı həlak olanların hamısı atəş açan şəxsin tanışları olub.

19:40

ABŞ-ın Pensilvaniya ştatının Falls Township kəndində naməlum silahlı şəxsin hücumu nəticəsində 3 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Fox 29” telekanalı məlumat yayıb.

Bildirilib ki, bir neçə növ silahla silahlanmış naməlum şəxs oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edir. O, artıq şəhərin müxtəlif yerlərində bir neçə hücum həyata keçirib.

Atışma Müqəddəs Patriarx Günü tədbirinin keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar tədbiri ləğv etməyə məcbur olublar.

Yaxınlıqdakı ticarət mərkəzləri bağlanıb. Polis həyəcan təbili çalıb və sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə evlərinə qapanmağa və çölə çıxmamağa çağırıb.