Tramp: “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək”
ABŞ-nin keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkisində qalib gəlmədiyi təqdirdə ölkəsinin “qan gölünə” dönəcəyini bildirib.
O, şənbə günü Ohayo ştatının Dayton şəhərində tərəfdarları qarşısında çıxış edərək, “Mən seçilməsəm, ABŞ qan gölünə çevriləcək. Bu, baş verəcək ən kiçik hadisədir”, - deyə xəbərdarlıq edib.
Tramp xatırladıb ki, o, əvvəllər 2016-cı il ABŞ prezident seçkisini “ən vacib səsvermə” adlandırıb, lakin əhəmiyyətinə görə “2024-cü il seçkisi onu üstələyir”.
“Biz tənəzzüldəyik. Amma biz hər şeyi dəyişəcəyik. Biz ABŞ-ni yenidən böyük ölkəyə çevirəcəyik”, - respublikaçı bildirib.
Qeyd edək ki, Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden də Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb. ABŞ-də prezident seçkisi noyabrın 5-də keçiriləcək.
Mənbə: TASS