Bakı-Moskva təyyarəsi Domodedovo hava limanının bağlanması səbəbindən Şeremetyevo aeroportuna enib


“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.
Bu barədə AZƏRTAC-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.
Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.
Əlavə suallar yarandıqda, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.