Aİ Rusiyadan mayeləşdirilmiş təbii qazın alışını mərhələli şəkildə dayandırmaq istəyir


Avropa İttifaqı (Aİ) Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alışını dayandırmaq istəyir. Baxmayaraq ki, Rusiya qitənin ABŞ-dan sonra ikinci ən böyük LNG tədarükçüsü olaraq qalır. Bununla belə, avropalılar üçün Rusiya həcmlərinin əvəzini tapmaq hələ də çətindir: aşağı qaz qiymətləri Asiyada ona tələbatı artırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Aİ-nin energetika məsələləri üzrə komissarı Kadri Simson “Bloomberg”ə bildirib.
"Aİ ölkələrinə Rusiyadan LNG alışını azaltmaq üçün təzyiqi tədricən artırırıq. Burada yenə də ABŞ-dan tədarükə inam vacibdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, ötən il Rusiyanın Aİ-yə LNG tədarükü 15 milyon ton təşkil edib. Bu, Rusiyanın ümumi LNG ixracının təxminən 46 faizini təşkil edir.