Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket buraxıb
Koreya Xalq Demokratik Respublikası (KXDR) Yapon dənizi istiqamətində ballistik raket buraxıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahına istinadla məlumat yayıb.
Raketin xarakteristikası və uçuş detalları barədə hələ məlumat yoxdur. Bu, Şimali Koreyanın cari ildə 2-ci ballistik raket sınağıdır.
Qeyd edək ki, martın 11-15-də Cənubi Koreya ilə ABŞ hərbi hava qüvvələrinin 40-a yaxın döyüş təyyarəsi şərti düşmənin qanadlı raketləri və artilleriyası ilə mübarizə üzrə birgə təlimlər keçirib. KXDR müxtəlif vaxtlarda müttəfiqlərin keçirdikləri təlimlərə cavab olaraq ballistik raket sınağı həyata keçirib.