Çində meşə yanğını səbəbindən 3 mindən çox insan təxliyə edilib
Çinin Sıçuan əyalətində meşə yanğını ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 3396 sakin təxliyə edilib. "Hələlik tələfat barədə məlumat yoxdur, yanğının başvermə səbəbi araşdırılır", - nazirliyin məlumatında bildirilib.
Yanğınla mübarizəyə minə yaxın yanğınsöndürən, 7 helikopter cəlb edilib.