
Yaponiyada təhlükəli streptokok infeksiyaları rekord səviyyəyə çatır. Səhiyyə xidmətləri 30 faiz ölümlə nəticələnən bakterial xəstəliyin artmasının səbəbini müəyyən etməyə çalışırlar.
AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, 2024-cü ildə yoluxma hallarının sayının ötən ilki rekord göstəricidən daha yüksək olacağı gözlənilir. Bununla yanaşı, streptokok xəstəliyinin ən ağır və potensial ölümcül forması olan A qrupunun yaratdığı streptokok toksikoloji şok sindromunun yayılmaqda davam etməsi Yaponiyada çox böyük narahatlıq doğurub. Milli Yoluxucu Xəstəliklər İnstitutu ötən il 941 belə hadisəsini qeydə alındığını bildirib.2024-cü ilin ilk iki ayı ərzində Yaponiyanın 47 prefekturasından 45-də infeksiyaya 378 yoluxma halı müəyyən edilib. Risk qrupuna yaşlı insanlar daxil edilsə də, A qrupu ştammı 50 yaşdan aşağı xəstələr arasında daha çox ölümə səbəb olur.

