BP şirkəti BMU-ya beynəlxalq universitetlərdə istifadə olunan dərsliklər təqdim edib


Bakı Mühəndislik Universitetinin (BMU) kitabxanasına BP şirkəti tərəfindən beynəlxalq universitetlərdə geniş istifadə edilən seçilmiş beş dərsliyin Azərbaycan dilinə tərcümə olunmuş nəşrləri təqdim edilib.
BMU-dan AZƏRTAC-a bildirilib ki, “Marketinq strategiyası: ilkin prinsiplərin və verilənlərin təhlili əsasında”, “Rəqəmsal marketinq. Strategiya, tətbiq və təcrübə”, “İqtisadi siyasət. Nəzəriyyə və praktika”, “İnformasiya təhlükəsizliyi prinsipləri”, “Növbəti. Gələcəyin qısa tarixi” adda ümumilikdə 200 nüsxə dərslik artıq ali təhsil müəssisəsinin kitabxanasına təqdim olunub.
Ali təhsil müəssisələrinin qabaqcıl beynəlxalq təhsil resurslarına, bilik və təcrübələrə çıxış imkanının təmin edilməsinə yönəlmiş sosial layihə çərçivəsində BP-nin maliyyələşdirdiyi nəşrlər dünyada ən geniş istifadə olunan dərsliklərdir.