Rusiyada seçicilərin 77,44 faizi səs verib


Rusiyada prezident seçkilərində seçicilərin 77,44 faizi (87,1 milyon nəfər) səsvermədə iştirak edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova məlumat verib. Onun sözlərinə görə, bu, Rusiyanın ən yeni tarixində rekord göstəricidir. Əvvəlki rekord 1991-ci ildə qeydə alınıb. O zaman seçicilərin 74,66 faizi səsvermədə iştirak edib.
E.Pamfilova, həmçinin xatırladıb ki, seçkilərin rəsmi nəticələri martın 21-də elan olunacaq.