Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu və Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti martın 23-də Pakistanda keçiriləcək hərbi paradda iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestr heyəti paytaxt İslamabadın rəmzi sayılan Pakistan Abidəsi önündə konsert proqramı ilə çıxış ediblər.
Pakistan Günü münasibətilə keçiriləcək hərbi paradda ölkəmizlə yanaşı, müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.