Azərbaycanda neçə çoxuşaqlı ana var? - Rəsmi AÇIQLAMA
Dövlət Statistika Komitəsi Azərbaycandakı çoxuşaqlı anaların sayını açıqlayıb.
Komitədən Modern.az-a verilən məlumata görə, 2024-cü il 1 yanvar tarixinə beşdən çox uşağı olan 2,6 min qadına 11,5 min uşaq üçün sosial müavinət ödənilir.
Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.
Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:
“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.
Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.
Qeyd edək ki, Milli Məclisdəki son toplantılarda bəzi eputatlar Azərbaycanda “çoxuşaqlı ana” anlayışının dəyişdirlməsini təklif ediblər. Onlar 3 uşağı olan ailələrin çoxuşaqlı sayılməsını və onlara verilən müavinətə yenidən baxılmasını vacib sayıblar.