İmişlidə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər
keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-a bildiriblər ki, tədbirlər zamanı pirotexniki vasitələrin satışını təşkil edən bir nəfər müəyyənləşdirilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.