Rusiya Mərkəzi Seçki Komissiyası səsvermənin rəsmi nəticələrini açıqlayıb



Rusiyada prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putin növbəti prezident seçkilərində səslərin 87,28 faizini toplayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Səsvermənin son rəsmi nəticələrinə görə, Nikolay Xaritonov 4,31 faizini, Vladislav Davankov 3,85 faizini, Leonid Slutski isə səslərin 3,20 faizini toplayıb.

Rusiyada prezident seçkilərində seçici fəallığı 77,49 faiz təşkil edib.