Nadir Səlifov insan oğurluğu və onlardan pul qoparılması barədə göstəriş verib
Rusiyanın İstintaq komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi "Lotu Quli" ləqəbi ilə tanınan azərbaycanlı "qanuni oğru" Nadir Səlifov barəsində axtarış elan edib.AzBaku.info "Report"a istinadən xəbər verir ki, bu barədə "Rosbalt" agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, o, oğurluq əməllərində və hədələmək yolu ilə pul qoparmaqda ittiham edilir. Hüquq-mühafizə orqanlarındakı mənbə "Rosbalt"a bildirib ki, istintaqın versiyasına görə, Nadir Səlifov Moskvada insan oğurluğu və onlardan pul qoparılması barədə göstəriş verib. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi qaldırılıb və qiyabi təqdim edilib.
Məlumatda bildirilir ki, onun barəsində beynəlxalq axtarış elan edilib. Nadir Səlifovun hazırda Türkiyədə yaşadığı bildirilir.