“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk potensial rəqibi

“Qarabağ”ın Çempionlar Liqasının I raundundakı ilk potensial rəqibi

Azərbaycan çempionu olan “Qarabağ” 2024-25 mövsümündə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində mübarizəyə qoşulacaq. 

Ağdam təmsilçisi püşkatma zamanı səpələnmişlərin sırasında qərarlaşacaq.

“Qarabağ”la yanaşı, ÇL-ə vəsiqəni təmin edən daha 4 komanda - HİK (Finlandiya), “Flora” (Estoniya), “Klaksvik” (Farer adaları) və “Şemrok Rovers” (İrlandiya) də güclülərin arasında olacaq.

Yalnız İslandiya təmsilçisi “Vikinqur”un səpələnməmişlərdə qərarlaşacağı dəqiqdir. Yəni Reykyavik klubu “Qarabağ”ın ilk potensial rəqibidir.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.