Deputatdan təklif: Ordu qəbiristanlığı yaradılsın

Azərbaycanda orduda dünyasını dəyişənlərin qəbirlərinin ayrıca və standart qaydada hazırlanması təklif olunur.

AzBaku.info APA-ya istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Regional siyasət məsələləri komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə çıxış edib.

O qeyd edib ki, dünyada bu praktika var və orduda həlak olanların ayrıca, standart qəbirlərdən ibarət qəbiristanlığının olması mümkündür.

Komitə sədri bunun "Ordu qəbiristanlığı" adlandırıla biləcəyini də deyib.