Çindən Gürcüstana uçuşların sayı ARTIRILIR

Çindən Gürcüstana uçuşların sayı ARTIRILIR

Çinin “China Southern Airlines” aviaşirkəti Gürcüstana uçuşların sayını artıracaq

Bunu Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze bildirib.

Onun sözlərinə görə, söhbət yay mövsümündə Çinin Sintszyan-Uyğur muxtar rayonunun paytaxı Urumçi ilə Gürcüstan paytaxtı Tiflis arasında uçuşların artırılmasından gedir.

İndi onlar həftədə üç dəfə həyata keçirilir. Apreldə Gürcüstan və Çin arasında vizasız rejim haqqında saziş imzalanacaq.