Zərdabda ölümlə nəticələnən avtoqəza olub

Zərdabda ölümlə nəticələnən avtoqəza olub

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Kürdəmir- Zərdab yolunun rayonun Qaravəlli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" və "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə bir nəfər ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.