Bu gün Nəsimi Rayon Məhkəməsində Xalq artisti Məleykə Əsədovanın Xalq artisti Ramiz Məlikə qarşı iddiası üzrə məhkəmə iclası davam edib.
AzBaku.info APA-ya istinadla məlumatına görə, prosesdə hər iki tərəf iddiasını məhkəməyə təqdim edib. Məhkəmə iddiaları icraata qəbul edib.
Proses yanvarın 8-də davam edəcək.
Ramiz Məlik bildirib ki, M. Əsədovaya qarşı iddia qaldırıb və 300 min manat təzminat tələb edir. R.Məlik M.Əsədovanın onu təhqir etdiyini deyib.
Qeyd edək ki, M.Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.
Buna səbəb kimi Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq ifadələr işlətməsi göstərilir.