“Bank Standard”ın əmlakı təkrar hərraca çıxarılır
Aprelin 16-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan “Bank Standard” QSC-nin daşınmaz əmlakının satışı üzrə təkrar açıq hərrac keçiriləcək.
Bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb.
Söhbət Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti, 261 ünvanındakı dəyəri 450 min manat olan qeyri-yaşayış sahəsindən gedir.