KİV: Almaniyalı diplomatların ailələri İranı tərk edir
İranın İsrailə mümkün hücumu ilə bağlı iddialara görə Almaniya səfirliyinin əməkdaşlarının ailə üzvləri Tehranı tərk edirlər.
Bu barədə “Bild” qəzeti məlumat yayıb.
İranı tərk edəcək Almaniya vətəndaşlarının dəqiq sayı məlum deyil.
Bundan başqa, Almaniyanın Tehran və Təl-Əvivdəki səfirlikləri əlavə təhlükəsizlik tədbirləri görür.
Daha əvvəl Almaniya Xarici İşlər Nazirliyi Almaniya vətəndaşlarına İranı mümkün qədər tez tərk etmələrinə çağırış edib.