Facebook sosial şəbəkəsi sifətin tanınması proqramını işə salır. Sistem hər yüklənilən fotoda qeydə aldığı şəxslərə bildirişi göndərəcək.
AzBaku.info-nun xəbərinə görə, məhdudiyyətli istifadəyə yüklənilən fotolar istisna olacaq.
Qeyd edilir ki, şirkət bu addımı saxta profillərlə mübarizə aparmaq üçün atır. Bundan sonra özgə şəkilləri “avatar”a yükləmək mümkün olmayacaq.
Yeni proqram artıq ABŞ-da sınaqdan keçirilib.