Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər

Rusiya Ukrayna ilə barışığı müzakirə edə bilər


Rusiya bu il Parisdə keçiriləcək Yay Olimpiya Oyunları (iyulun 26-dan avqustun 11-dək) zamanı Ukrayna ilə barışığın yaradılmasını müzakirə edə bilər, lakin Kiyevin mövqeyi ilə bu proses həmişə mürəkkəbləşir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Fransa lideri Emmanuel Makronun sülh təşəbbüsü ilə bağlı sualını cavablandırarkən bildirib.

Peskovun sözlərinə görə, rəsmi Kiyevin atəşkəs dövründə yenidən silahlanmaya can atacağına qarantiya yoxdur. Peskovun sözlərinə görə, Rusiya danışıqlardan imtina etmir.

Fransa prezidenti Emmanuel Makron Çin lideri Si Cinpinlə Paris Olimpiya Oyunları zamanı atəşkəs və dünyada bütün silahlı münaqişələrin dayandırılması məsələsini müzakirə etmək istədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişəyə də aiddir.